Şəmkirdə kişi arvadını bıçaqlayıb - YENİLƏNİB

Şəmkirdə kişi arvadını bıçaqlayıb  - YENİLƏNİB
# 22 iyul 2024 08:33 (UTC +04:00)

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov hadisə ilə bağlı APA-ya məlumat verib.

O bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

***

08:22

Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun "Şəhərcik" adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR