Türkiyə səfiri: Xocalıda dalğalanan bayraq başqa bir dəyərə sahibdir

Türkiyə səfiri: Xocalıda dalğalanan bayraq başqa bir dəyərə sahibdir
# 26 fevral 2024 11:15 (UTC +04:00)

Qarabağ torpaqları işğaldan azad olub, artıq o torpaqlar ermənilərin ayaq basdığı bir yer deyil, amma Xocalı ağrısını, acısını heç zaman unutmayacağıq. Çünki Xocalıda mülki əhali qətl edilib, yurd-yuvalarından didərgin salınıb.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

"Acımız davam edir, faciəni dərindən hiss edirik. Bu gün Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da Xocalı acısını ürəyimizdə dərindən hiss etməyimiz bildirilib. Bu kədəri yaşamağımızla bərabər Qarabağın işğaldan azad olmasının, bütün torpaqların erməninin ayaq basmadığı bir əraziyə çevrilməsinin şahidi olmuşuq. Antiterror tədbirləri ilə Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Xocalının, Xocalı faciəsinin, orada qətlə yetirilən dinc əhalinin, qardaşlarımızın intiqamı alınıb. Biz bu gün qardaş Azərbaycanın kədərinə şərik olduğumuzu nümayiş etdirmək üçün buradayıq. Sevincimiz də çox böyükdür. Qarabağ azaddır və Xocalıdakı qardaşlarımız öz torpaqlarına, dədə baba yurdlarına geri dönməyə başlayıb. Azərbaycanın, qardaşlarımızın başı sağolsun deyirik. Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır. Qarabağın bütün yüksəkliklərində dalğalanan Azərbaycan bayrağı dəyərlidir, amma Xankəndi və Xocalıda dalğalanan bayraq başqa bir dəyərə sahibdir. Qarabağın azad edilməsi türk dünyasının ən böyük zəfəridir", - deyə o qeyd edib.

Aləmdə Nəsib

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR