Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
# 29 sentyabr 2023 17:26 (UTC +04:00)

Daxil olan müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən son sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Belə ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 10 oktyabr saat 23:59-dək artırılıb.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatqeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Hər hansı sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsi və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR