“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları”na dəyişiklik edilib

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları”na dəyişiklik edilib
# 09 sentyabr 2014 07:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları”na dəyişiklik edib. APA-nın xəbərinə görə, dəyişiklik QHT-lərin dövlət reyestrinin əsas prinsipləri ilə bağlıdır.

Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli qərarına əsasən dövlət reyestrinə qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, ləğv edilməsi barədə məlumatlar daxil olub. Nazirlər Kabinetinin 2014-cü il 5 may və 2014-cü il 13 iyun tarixli qərarları ilə dövlət reyestrinə daxil olan məlumatların əhatə dairəsi genişləndirilib. Başqa sözlə, qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, ləğvetmə prosesində olması, müddətin keçməsi ilə əlaqədar ləğvetmə prosesinə yenidən başlanılması və ləğv edilməsi, eləcə də qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatların dövlət reyestrinə daxil edilməsi zəruri sayılıb. Nazirlər Kabinetinin etdiyi son dəyişikliyə əsasən qurumun ləğvetmə prosesində müddətin keçməsi ilə əlaqədar ləğvetmə prosesinə yenidən başlanılması barədə məlumatın dövlət reyestrinə daxil edilməsi tələbi ləğv olunub.

Nazirlər Kabinetinin 5 may 2014-cü il tarixli qərarına əsasən Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti barədə məlumat, həmin müddət uzadıldığı halda onun uzadılması müddəti haqqında məlumat da dövlət reyestrinə daxil edilməli idi. Dəyişikliyə əsasən bundan sonra Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti uzadıldığı halda onun uzadılması müddəti haqqında məlumatın dövlət reyestrinə daxil edilməsi lazım olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR