Azərbaycan ərazisində qızmar hava davam edəcək

Azərbaycan ərazisində qızmar hava davam edəcək
# 07 avqust 2016 10:41 (UTC +04:00)

Bakı – APA. Avqustun 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, şimal-şərq, şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-25, gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 757 mm  civə sütunu, nisbi rütubət gecə 50-60%, gündüz 20-30% təşkil edəcək.

              

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR