Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) may ayının 16-da başlatdığı Türkiyənin Soma vilayətində baş vermiş mədən faciəsi nəticəsində həlak olmuş insanların ailə üzvlərinə yardım kampaniyası yekunlaşıb. Bu barədə APA-ya AzQAC-dan məlumat verilib.
“Somaya yardım” devizi ilə keçirilən kampaniyada toplanmış ümumilikdə 40 243 ABŞ dolları məbləğində vəsaiti Türk KızılAy-ın bank hesabına köçürülüb.
Qeyd edək ki, may ayının 13-də Manisa vilayətində yerləşən 787 nəfərin çalışdığı Soma kömür mədənində baş vermiş yanğın nəticəsində 301 nəfər mədən işçisi həlak olub.