Bakı. Fərid Mirzəyev – APA. Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics bu il üçün növbəti reytinqini açıqlayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dünya universitetlərinin elan edilən reytinqinə ümumilikdə Azərbaycanın 41 ali təhsil müəssisəsi daxil edilib.
Reytinqdə ADİU ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb.
ADİU eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri üzrə mühüm irəliləyişə nail olub. ADİU region universitetləri arasında 330-cu yerdə qərarlaşıb və TOP-500-ə daxil olub.
Bütövlükdə Avropa universitetləri arasında UNEC 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nə daxil olub.