"Reydlər davam edir. Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslara artıq rast gəlinmir".
APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K. Əliyev bildirib ki, nadir hallarda sifariş əsasında hərəkət edənlərə rast gəlmək olar: "Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobuslar əsasən avtovağzallardan hərəkət edir".