Bakının əsas küçə və prospektlərində tıxac yaranıb

Bakının əsas küçə və prospektlərində tıxac yaranıb
# 11 sentyabr 2014 16:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakının əsas küçə və prospektlərində tıxac müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, yeni dərs ilinin başlanması və yay tətilinin bitməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində tıxac yaranıb.

Tıxac Mikayıl Hüseynov prospektindən, Niyazi küçəsindən “Azneft” dairəsi istiqamətinə, Rəşid Behbudov və Səməd Vurğun küçələrindən Türkiyə səfirliyi istiqamətinə, Səməd Vurğun küçəsindən “Təzə Bazar” istiqamətinə , İnşaatçılar prospekti, Dövlət Statistika Komitəsinin qarşısı, Akademik Həsən Əliyev küçəsi, Babək prospekti Günəşli istiqamətində qeydə alınıb.

Tbilisi prospekti - 20 Yanvar dairəsi istiqamətinə, Nəqliyyat Nazirliyindən şəhər istiqamətində, Atatürk prospektində hər iki istiqamətdə, Heydər Əliyev Mərkəzinin qarşısından şəhər istiqamətində, Babək prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər istiqamətində, Koroğlu Rəhimov küçəsində Heydər Əliyev Mərkəzi istiqamətində , Şah İsmayıl Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı) hər iki istiqamətində və Bakı-Sumqayıt şosesində Sumqayıt şəhəri istiqamətində analoji fakt müşahidə edilir.

NİİM sürücülərə müraciətində bildirib ki, yaxın 20 dəqiqə ərzində Mikayıl Hüseynov prospektindən və Bakı-Sumqayıt şosesindən istifadə etməsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR