Bu həftə Azərbaycanın daha yeddi rayonunda əmək yarmarkası keçiriləcək

Bu həftə Azərbaycanın daha yeddi rayonunda əmək yarmarkası keçiriləcək
# 22 sentyabr 2014 08:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 7 rayonda əmək yarmarkaları keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək yarmarkalarının sentyabrın 24-də Zərdab, sentyabrın 25-də Ağdaş, sentyabrın 26-da isə Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında keçirilməsi planlaşdırılır.

Tədbirlər zamanı müvafiq ərazi üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək. Yarmarkalarda ayrı-ayrı işsiz şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığına cəlb olunması da nəzərdə tutulur.

Hazırda əmək yarmarkalarına hazırlıq çərçivəsində həmin rayonların idarə, müəssisə və təşkilatlarından boş iş yerləri barədə məlumatlar toplanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR