Deputat Novruz Aslanov tədbirlərdə iştirak edib - FOTOSESSİYA

Deputat Novruz Aslanov tədbirlərdə iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 09 sentyabr 2014 08:19 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, millət vəkili ilk olaraq Qalıncaq kəndində yeni məktəb binasının açılışında iştirak edib. Açılış mərasimində İsmayıllı rayon İcra Hakimiyyəti başçısı və yerli hökumət strukturlarının rəhbərləri də iştirak ediblər.

Axşam saatlarında İsmayıllı İcra Hakimiyyəti ilə birgə ali məktəblərə yüksək balla qəbul olmuş abituriyentlərlə görüş keçirilib. Görüşdə millət vəkili ənənəvi olaraq iyirmi belə abituriyentə öz dəyərli hədiyyələrini verib və onları bu münasibətlə təbrik edib.

Hər iki mərasimdə çıxış edən Novruz Aslanov dövlətin bölgələrdə həyata keçirdiyi layihələrdən, şəhər və rayonlarda aparılan abadlıq-quruculuq işlərindən, o cümlədən İsmayıllı rayonunda gedən dinamik inkişafdan danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR