Ekologiya və təbii sərvətlər naziri Ağstafada vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Ağstafada vətəndaşları qəbul edəcək
# 03 sentyabr 2014 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 11-də Ağstafa şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 11-də Ağstafa, Qazax və Tovuz rayonlarının vətəndaşlarını qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR