ETSN ölkədə isti hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN ölkədə isti hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib
# 11 avqust 2016 13:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi ilə bağlı növbəti xəbərdarlıq edib. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq.

 

Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz,  meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR