Göyçayda 200-ə yaxın vətəndaş könüllü qan verib

Göyçayda 200-ə yaxın vətəndaş könüllü qan verib
# 20 sentyabr 2016 12:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2015-2020-ci illər üçün təsdiqlənmiş Dövlət Proqramı çərçivəsində tədbirlər planının icrası davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədilə təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasına könüllü qanvermə aksiyaları da daxildir. İrsi qan xəstəliklərinin müalicəsində tətbiq etmək məqsədilə Göyçay rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək üçün müraciət edən 250 nəfəri müayinə ediblər. Könüllü olaraq qan vermək üçün gün ərzində müraciət edən 200-ə yaxın vətəndaşdan qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR