Quba. Vəli Turan - APA. Bu gün Quba rayon sakinlərinin rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşü keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, İH başçısının müavini Yusif Abidov, hüquq-mühafizə orqanlarının rəhbərliyi iştirak edib. Vətəndaşlar süni qiymət artımı ilə bağlı öz şikayətlərini rayon rəhbərliyinə çatdırıblar.
Quba rayon İH başçısının müavini Yusif Abidov APA-nın yerli bürosuna bildirib ki, İH başçısı mövcud problemlərin həlli istiqamətində ölkə rəhbərliyi səviyyəsində iş görüldüyünü, problemlərin həlli istiqamətində iş aparıldığını deyib. Onun sözlərinə görə, əhali əsasən fərdi problemləri ilə bağlı müraciət edib.