Bakı. Cavid Zeynallı – APA. “1990-ci ildə Azərbaycanda əhali artımı hər min nəfərə 19-20 nəfər idi. 90-cı illərin ortalarında isə bu rəqəm 7-8 nəfərə düşdü. Yəni artım iki dəfədən çox azaldı. Prezident İlham Əliyevin 2004-cü ildə qəbul etdiyi Demoqrafik İnkişaf Proqramından sonra, eyni zamanda sosial vəziyyətin yaxşılaşmasından, stabil siyasətin bərqərarından sonra hər min nəfərə düşən təbii artım 13-14 nəfərə yüksəlib”.
APA-nın məlumatına görə, bunu AMEA Rəyasət Heyətinin iclasında Coğrafiya İnstitunun direktoru Ramiz Məmmədov deyib. O bidirib ki, hazırda Azərbaycanda illik artım 1,2 faizdir: “Bu isə Gürcüstan və Ermənistandan dəfələrlə çoxdur. Əlbəttə, bu rəqəm Azərbaycanda sosial-iqtisadi siyasətin düzgün qurulmasının nəticəsidir”.