Səhiyyə Nazirliyi: “Donuz qripi” ilə əlaqədar daha iki xəstəxanada əlavə palatalar yaradılıb

Səhiyyə Nazirliyi: “Donuz qripi” ilə əlaqədar daha iki xəstəxanada əlavə palatalar yaradılıb
# 15 yanvar 2016 14:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycanda “donuz qripi” ilə əlaqədar olaraq daha iki xəstəxanada əlavə palatalar yaradılıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında da əlavə palatalar hazır vəziyyətə gətirib.

 

Onun sözlərinə görə, Azərbaycanda “donuz qripi” qeydə alınmayıb.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 boks tipli palata ayrılıb.

 

Onu da qeyd edək ki, “donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən 8 dekabr 2015-ci il tarixdə əmr imzalanıb. Eyni zamanda, “donuz qripi” ilə bağlı epidemioloji nəzarət gücləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR