Bakı - APA. Xəzər dənizinin Azərbaycan aid olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsvir təsdiqlənib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsvirinin təsdiq edilməsi” haqqında qərar qəbul edib.
Müvafiq olaraq “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının qrafik təsvirinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin 2003-cü il 23 oktyabr tarixli qərar da ləğv olunub.