Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - <span style="color: red;">XƏBƏRDARLIQ
# 26 may 2017 10:25 (UTC +04:00)

Mayın 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Cənub küləyi axşam mülayim  şimal-qərb küləyi  ilə əvəz olunacaq.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz  20-25° isti, Bakıda gecə  15-17° isti, gündüz  21-23° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  gecə  70-80 %, gündüz  55-65 % təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 29-dək Abşeron yarımadasında komfort temperatur şəraiti fonunda meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 13-18° isti, gündüz  22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir. 

 

Mayın 27-28-də bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir  güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR