Yevlaxda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

Yevlaxda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib
# 10 oktyabr 2016 11:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Yevlax rayonunda icbari tibbi sığorta sisteminin (İTS) tətbiqi ilə əlaqədar rayon sakinləri ilə görüş keçirib.

Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova bildirib ki, İTS-in pilot layihəsinin Yevlaxda həyata keçirilməsi sakinlərin tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək.

İTSDA direktoru Zaur Əliyev deyib ki, agentlik icbari tibbi sığortanın baza zərfini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Baza zərfinə təxminən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İTS-in baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir.

Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov səhiyyə sahəsində aparılan islahatlardan söhbət açaraq qeyd edib ki, Yevlax Dövlət Xəstəxanasının maddi-texniki bazası gücləndirilib.

Millət vəkilləri Musa Urud və Məlahət İbrahimova icbari tibbi sığortanın əhəmiyyəti haqqında danışıblar.

İTS üzrə xarici ekspert Gediminas Çerniauskas İTS-in sosial layihə olduğunu söyləyib və səhiyyə sistemində islahatların aparılmasının zaman tələb etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR