Bakı. Fərid Mirzəyev - APA. “Zığ sürüşmə sahəsində quraşdırılmış bəzi mayaklarda genişlənmələr qeydə alınıb”.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, hazırda Zığda sürüşmə prosesi aktivləşib: “Evlərin divarları və yerdəki çatlar genişlənib”.
Dəstə rəisi əlavə edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərkitmə işləri davam etdirilir: “Həmin ərazidə ağır texnika işləyir. Orada baş verən hər hansı hadisəni geoloji proses kimi təqdim etmək düz deyil. Biz orada monitorinq işlərini dayandırmışıq”.
R. Həsənov qeyd edib ki, Abşeron yarımadası və Bakıdakı digər klassik sürüşmə sahələrində sabitlikdir.