Xırdalanda mülki müdafiə məşqi keçirilib

Xırdalanda mülki müdafiə məşqi keçirilib
# 15 oktyabr 2024 15:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Zəhmət-Ruzi” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb edilən heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Məşqə FHN-in Sumqayıt Regional Mərkəzi və Abşeron rayon Yanğından Mühafizə Hissəsinin, Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları və “Zəhmət-Ruzi” MMC-nin rəhbər və işçi heyəti cəlb olunub.

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR