Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB-1 - VİDEO

Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb, açarlar təqdim olunub- FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 22 may 2025 13:30 (UTC +04:00)

Xocalı şəhəri və Ballıca kəndinə köç

Mayın 22-də Xocalı şəhərinə və rayonun Ballıca kəndinə növbəti köç olub.

APA xəbər verir ki, Xocalı şəhəri və Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Xocalıda məskunlaşan ailələrin məşğulluq məsələləri

Keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.

"İllərlə həsrətini çəkdiyimiz, ürəyimizdə yaşatdığımız Xocalı bu gün yenidən dirçəlir", deyən M.Əfəndiyev bildirib ki, bu, sadə bir köç deyil, qələbənin, zəfərin, evə qayıdışın simvoludur.

İndiyədək Xocalı rayonuna köçürülənlərin sayı

Bununla da ümumilikdə Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailə, Xocalının Ballıca kəndinə isə 180 ailə - yəni 840 nəfər köç edib.

***

13.08

Xocalı şəhəri və Ballıca kəndinə köç

Növbəti köç karvanı Xocalı şəhəri və rayonun Ballıca kəndinə çatıb.

Bu mərhələdə Xocalı şəhəri və Ballıca kəndinə köçürülənlər

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İndiyədək Xocalı rayonuna köçürülənlərin sayı

Bu gün olan köç də nəzərə alınmaqla, Xocalı rayonunun Ballıca kəndinə cəmi 180 ailə (840 nəfər), Xocalı şəhərinə isə cəmi 86 ailə (346 nəfər) köçürülüb.

***

12.00

Xocalı şəhəri və rayonun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülür.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu gün olan köç də nəzərə alınmaqla, Xocalı rayonunun Ballıca kəndinə cəmi 180 ailə (840 nəfər), Xocalı şəhərinə isə cəmi 86 ailə (346 nəfər) köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR