Xocalı soyqırımı qurbanlarını anmaq üçün türkiyəli alpinistlər Haçadağa yürüş edəcəklər

Xocalı soyqırımı qurbanlarını anmaq üçün türkiyəli alpinistlər Haçadağa yürüş edəcəklər
# 23 fevral 2024 17:18 (UTC +04:00)

Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün türkiyəli alpinistlər Haçadağa yürüş edəcəklər.

APA-nın yerli büroau xəbər verir ki, bununla əlaqədar olaraq muxtar respublikaya gələn alpinistlər bu gün Naxçıvan şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Daha sonra qonaqlar Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət ediblər.
Türkiyənin İstanbul, Antalya, Qars, Ağrı və İğdır bölgələrindən gələn alpinistlər sabah Haçadağa yürüş edəcəklər. Alpinistlər zirvədə Azərbaycan və Türkiyə bayraqları açıb, həm Xocalı, həm də İkinci Qarabağ müharibəsi şəhidlərini anaraq qazanılan zəfəri qeyd edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR