Zahid Oruc: 1 milyon 200 min məhkəmə qərarı icrasını gözləyir

Zahid Oruc: 1 milyon 200 min məhkəmə qərarı icrasını gözləyir
# 29 fevral 2024 11:25 (UTC +04:00)

1 milyon 200 min məhkəmə qərarı icrasını gözləyir.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, bu, çox böyük rəqəmdir: "Bu, dövlətin adından çıxarılmış qərardır. Vətəndaş görürsə ki, dövlət adından çıxan qərar icra olunmur, alternativ yollar axtarır. Özəl icra qurumlarının yaradılması təklif edilirdi, bunu etmək mümkün idi. O zaman bu qədər qərar ayları, illəri gözləməzdi".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR