Ağ Ciyər Xəstəlikləri İnstitutu: Azərbaycanda vərəmlə xəstələnmə azalmaqdadır

ag ciyer xestelikleri institutu azerbaycanda veremle xestelenme azalmaqdadir

Bakıda Qlobal Fondun maliyyə dəstəyi ilə Ftiziatrlar və Pulmonoloqlar İctimai Birliyinin (FPİB) həyata keçirdiyi  “Həssas və dərmanlara davamlı vərəm infeksiyası ilə xəstə insanlara yaşadıqları ərazilərdə multidisiplinar yanaşma vasitəsilə tibbi, psixoloji və sosial dəstəyin təmin edilməsi” layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib.

 

APA-nın məlumatına görə, “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda jurnalistlər üçün təşkil olunmuş təlimin əsas məqsədi vərəm xəstəliyi ilə bağlı cəmiyyətdə mövcud stiqmanın aradan qaldırılmasında medianın iştirakını gücləndirmək və media vasitəsilə vərəm xəstələrinin probleminə vətəndaş cəmiyyətinin, dövlət strukturlarının və ictimaiyyətin diqqətini cəlb etməkdir.

 

Təlimdə iştirak edən Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova media nümayəndələrinə vərəmin dünyada yayılma arealı, diaqnostikası, müalicə və mübarizə formaları haqqında ətraflı məlumat verib. Təlimçilər tərəfindən bildirilib ki, düzgün müalicə edildiyi təqdirdə vərəm tam sağalan xəstəlikdir. Təlim çərçivəsində mətbuat nümayəndələrinə vərəmə yoluxma yolları, vərəmin ilkin əlamətləri və vərəmin profilaktikası və vərəm xəstələrinin psixo-emosional durumları haqqında da məlumat verilib.

 

Təlim zamanı  vərəm və vərəm xəstələri ilə bağlı mövcud damğa və stereotiplər haqqında  müzakirələr aparılıb. Stiqmanın aradan qaldırılmasında media nümayəndələrinin rolu haqqında məlumat verilib. Təlimdə, həmçinin vərəm xəstələrindən və ümumiyyətlə infeksion xəstəliyə tutulmuş şəxslərlə müsahibənin aparılma qaydaları və etik normalar haqqında da mövzular işıqlandırılıb.

 

İradə Axundova bildirib ki, dünyada effektiv müalicə alan xəstələrin sayı artmaqdadır: "Vərəm və İİV-in daha çox Asiya və Afrika ölkələrində çox yayılır. Azərbaycan o ölkələrdəndir ki, vərəm infeksiyası aktuallığını saxlayır, lakin bu problemin həlli üzərində iş aparılmaqdadır. Vərəm xəstəliyinin müalicəsi formasından asılı olaraq minimum 6 ay, davamlı vərəm infeksiyası hallarında isə maksimum 24 ayadək davam edə bilər".

 

İ. Axundovanın sözlərinə görə, son 5 ildə Azərbaycanda vərəmlə xəstələnmə azalmaqdadır. O qeyd edib ki, 2010-cu ildə 100 000 nəfərə 53,5 xəstə var idisə (hər 100000 əhali arasında ümumi vərəm xəstələrin sayı), 2016-cı ildə bu 100 000 nəfərə 38,8-dək azalıb: "Ölkədə 7 min nəfərdən az insan  vərəm xəstəsi kimi qeydiyyatdadır. Onların 3 mindən çoxu yeni xəstədir. Ölüm sayı 2015-ci ildə 100000 nəfərə 4,1 idisə, 2016-cı ildə bu rəqəm 3,8-ə qədər azalıb. Müalicə nəticələri isə yaxşılaşıb. Həssas xəstələr arasında ilkin xəstələrin sağalma faizi 83, təkrar xəstələrin sağalma faizi 73-dür. Ümumilikdə son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb. 2010-cu ildə 100 000 nəfərə 53,5 xəstəlik var idisə (hər 100000 əhali arasında ümumi vərəm xəstələrin sayı), 2016-cı ildə bu rəqəm 100 000 nəfərə 38,8-dək azalıb".

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
  • imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya
    İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum...
imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285