Azərbaycan prezidenti Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə ilə tanış olub

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısı məhəllədə tikilən 280 yerlik uşaq bağçasına baxış keçirib. Bağça ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, binada tikinti işləri yüksək səviyyədə həyata keçirilib.

 

Sonra prezident 540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olub.

 

Dövlətimizin başçısı məhəllənin baş planına da baxıb.

 

Bildirilib ki, məhəlləyə 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcək. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Burada klub-icma mərkəzi, tibb məntəqəsi və ATS tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdə rayonunun kommunikasiyalarına qoşulub. Məhəllənin tikintisinə 2012-ci ilin fevralında başlanılıb və bu ilin sentyabrında başa çatdırılıb.

 

Dövlət başçısı daha sonra Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində olub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
  • dagliq qarabag munaqisesinde 265 azerbaycanli qadin itkin dusub 98 qadin ermeni girovlugundadir
    Dağlıq Qarabağ münaqişəsində 265 azərbaycanlı qadın itkin dü...
dagliq qarabag munaqisesinde 265 azerbaycanli qadin itkin dusub 98 qadin ermeni girovlugundadir dagliq qarabag munaqisesinde 265 azerbaycanli qadin itkin dusub 98 qadin ermeni girovlugundadir +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291