Azərbaycanda Baş Prokurorun səlahiyyətində hansı ixtisarların ediləcəyi məlum olub

azerbaycanda bas prokurorun selahiyyetinde hansi ixtisarlarin edileceyi melum olub
Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda baş prokurorun səlahiyyətlərində ixtisar edilməsi ilə bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin detalları məlum olub.

Milli Məclisdən APA-ya verilən məlumata görə, layihə Konstitusiya Məhkəməsi tərəfindən tövsiyə olunub.

 

Qanunun 32.5-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, baş prokurorun səlahiyyətində ixtisarlar aparılır. Layihəyə görə, məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarından hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illərinin prokurorluqda xidmət illərinə daxil edilməsi prosesi artıq Azərbaycan Respublikasının baş prokuroru tərəfindən aparılmayacaq. Belə ki, maddədən “Azərbaycan Respublikasının baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada” sözləri çıxarılır.

 

Layihə artıq parlamentin plenar iclasına tövsiyə olunub, lakin nə vaxt müzakirəyə çıxarılacağı hələlik məlum deyil.

 

Qeyd edək ki, maddənin hazırda qüvvədə olan variantı belədir: “Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • berlinde xocali soyqiriminin 26 ci ildonumu ile elaqedar simpozium kecirilib
    Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sim...
  • gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib
    Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixa...
gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301