Azərbaycanın bölgələrində yetkinlik yaşına çatmayan uşaqlar üçün sosial sığınacaqlar yaradılacaq - FOTO

azerbaycanin bolgelerinde yetkinlik yasina catmayan usaqlar ucun sosial siginacaqlar yaradilacaq foto

Bakı. Könül Kamilqızı - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Mark Herevardı qəbul edib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə dövlət uşaq siyasətinin icrası sahəsində nazirliyin əsas fəaliyyət istiqamətlərini diqqətə çatdıran nazir Səlim Müslümov “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrasında, sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılması və onlarda xidmət sisteminin təkmilləşdirilməsində UNİCEF-lə əməkdaşlığın xüsusi önəmini qeyd edib.

 

Eyni zamanda il ərzində bir çox bölgələrdə yetkinlik yaşına çatmayan uşaqlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqların yaradılması nəzərdə tutulur. Nazir həmin müəssisələrin səmərəli fəaliyyətinin təşkili, sosial xidmətlərə ehtiyacların regionlar üzrə müəyyənləşdirilməsi üçün hazırlanan “Sosial xəritələşmə”yə uyğun xidmətlərin göstərilməsi, sosial sifarişlər üzrə layihələrin idarə edilməsi və sosial xidmətlərin təşkili ilə bağlı potensialın gücləndirilməsi işlərində UNİCEF-in mütərəqqi dünya təcrübəsinə əsasən ekspertiza dəstəyinin ölkəmiz üçün önəmli ola biləcəyini deyib.

 

M.Herevard UNİCEF-in nazirliklə əməkdaşlığının qeyd olunan sahələri də əhatə etməsi üçün səylərin göstəriləcəyini qeyd edib. Bildirib ki, qarşıdakı dövrdə nazirliyin nəzdindəki bərpa müəssisələrinin hazırkı tibbi yanaşma əsasında deyil, beynəlxalq praktika əsasında sosial reabilitasiya yönümündə fəaliyyət göstərən müəssisələr kimi formalaşdırılması, uşaqlar üçün sosial xidmət müəssisələrinin transformasiyası, sosial xidmətlər göstərən QHT-lərin bu sahədə fəaliyyətinin monitorinqi üçün standartların hazırlanması və digər sahələrdə əməkdaşlığa dair təkliflərini çatdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ