BANM-də Xonça festivalı keçirilib

banm de xonca festivali kecirilib

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş Xonça festivalı keçirilib.

 

BANM-dən APA-ya bildirilib ki, Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin təşkil olunan tədbirdə tələbələr 14 müxtəlif  komanda tərkibində iştirak edib. 

 

Festival çərçivəsində üç müsabiqə - xonça, yumurta döyüşü və şirniyyatın sürətlə yeyilməsi müsabiqəsi təşkil olunub. Festivalda tələbələr tərəfindən bəzədilmiş rəmzi məna daşıyan 20 xonça təqdim edilib.

 

Xonça müsabiqəsində “İngilis N2” qrupu qalib gəlib, yumurta döyüşü müsabiqəsinin qalibi BANM-in “Neft-Qaz Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Asəf Səfərov olub. Şirniyyatların sürətlə yeyilməsi müsabiqəsində Ali Məktəbin “Kimya Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fərid Tağıyev qalib gəlib.

 

BANM-in rektoru Elmar Qasımov qalib gəlmiş tələbələri xüsusi qeyd edərək bütün festival iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ