“Beynəlxalq Qızlar Günü” ilə bağlı tədbir keçirilib

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti və UNİCEF-lə birgə tədbir keçirib. Komitədən APA-ya verilən məlumata görə, tədbirdə Təhsil Nazirliyi, Abşeron rayon İcra Hakimiyyəti və UNİCEF-in nümayəndələri, Qobu, Məhəmmədi, Digah, Güzdək, Novxanı, Masazır, Mehdiabad, Saray, Fatmayi kənd və qəsəbələrini təmsil edən məktəbli qızlar, məktəb direktorları və müəllimlər iştirak edib, qızların təhsildən yayınması məsələsi ətrafında çıxışlar dinlənilib, çıxışlar ətrafında müzakirələrə aparılıb.

 

Qeyd edək ki, 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qızlar Günü” elan edilib. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. 2013-cü il “Beynəlxalq Qızlar Günü” qızların təhsildən yayınması məsələsinə həsr olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kiyevde qarsidurmalar zamani iki polis emekdasi xesaret alib
    Kiyevdə qarşıdurmalar zamanı iki polis əməkdaşı xəsarət alıb...
  • turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2
    Türkiyədə törədilən partlayış nəticəsində yaralananların say...
turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 18 Oktyabr, 2017

USD
1.7003
 
EUR
2.0028
 
RR
0.0297