Meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib

mese muhafizesi ve berpasi muessiselerinin rehberlerine ciddi xeberdarliq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ötən ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı kollegiya iclası keçirilib.

 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir Hüseyn Bağırov əldə olunmuş müsbət nəticələr barədə məlumat verib.    

 

Sonra Kollegiya iclasının gündəliyində duran məsələlər müzakirə edilib.

 

Bəzi meşə müəssisələrinin plan - tapşırıqları tələb olunan səviyyədə yerinə yetirməməsi, mühafizə işlərində əsaslı dönüş yaratmaması diqqətə çatdırılıb. Müzakirələr zamanı işinin öhdəsindən gələ bilməyən meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib və Nazirliyin müvafiq şöbələrinə müəssisələrdə kadr tərkibinin təhlil olunması və gücləndirilməsi məqsədi ilə kompleks araşdırmaların aparılması tapşırılıb.

 

Eyni zamanda Kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi Departamentinin ötən ilin yekunları ilə bağlı hesabatı dinlənilib. Ətraf mühitin mühafizəsi sahəsində görülmüş müsbət işlərlə bərabər, nöqsanlar da qeyd olunub, o cümlədən bir sıra yerli qurumların fəaliyyətinə irad bildirilib.

 

Ərazi ekologiya və təbii sərvətlər şöbələrinə ekoloji qanun pozuntuları ilə daha ciddi mübarizə aparılması üçün göstəriş verilib.

 

Daha sonra digər xidmət, idarə və departamentlərin 2017-ci ilin yekunları, qarşıda duran vəzifələr barədə hesabatları dinlənilib.

 

Sonda kollegiya üzvləri nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatlarını dinləyib, qısa müddət ərzində onların aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

 

Kollegiya iclasında Nazirliyin 2018-ci il üçün istehsalat və iş planları da təsdiq edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301