BSU-da Dövlət Bayrağı Günü qeyd olunub

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.

 

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BSU rektoru, professor Nurlana Əliyeva tədbirdə çıxış edərək BMT-də, beynəlxalq tədbirlərdə qürurla dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını,  hərbi gücünü əks etdirdiyini bildirib. N. Əliyeva multikulturalizm, tolerantlıq kimi yüksək  dəyərləri ehtiva edən beynəlxalq forumlarda, nüfuzlu dövlətlərarası tədbirlərdə qaldırılan Azərbaycan bayrağının iftixar yerimiz olduğunu nəzərə çatdırıb. O, Azərbaycan gəncliyini dünyada baş verən neqativ proseslər fonunda öz dövlətini və bu dövləti təmsil edən bayrağı qorumağa çağırıb.

 

Sonra BSU tələbələri rus, polyak, bolqar, Ukrayna, Belarus, yunan, çex, türk dillərində bayraqla bağlı təbriklər səsləndiriblər.

 

Tədbir bədii hissə ilə davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pakistanin bas qerargah reisi herbi tehsil muessiselerinde olub
    Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində ...
  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291