Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

Bu tədris ilində Azərbaycanda 740-dan artıq SABAH qrupları tələbəsi məzun olacaq.

 

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı bildirib ki, hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə, 45 ixtisas və 2300-dən artıq tələbəni və 600-dən artıq professor-müəllim heyətini əhatə edir. O deyib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yaradılan SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir: "Son üç il ərzində SABAH qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı 4 dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris il üçün bu rəqəm 1790 olub. Bu layihədə ən böyük rol müəllimlərin üzərinə düşür. SABAH qruplarına müəllimlər seçim əsasında həyata keçirilir. Bu qruplarda təhsil alan gənclərin də sonradan işlə təmin olunması vacib amil hesab edilir.  Ötən il 38 xarici və dövlət şirkəti SABAH qruplarında təhsil alan 600 tələbəyə iş təklif edib".
 
Nazir müavini qeyd edib ki, növbəti tədris ilindən bu qruplarda oxuyan tələbələr ikinci xarici dil olaraq alman dili tədris olunacaq. Onu sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
  • prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib
    Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışın...
prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ