Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

cari ilin 4 ayinda 47 minden cox sexs pese hazirligi ve elave tehsil kurslarina celb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili və gənclər üçün peşəyönümü tədbirləri cari ilin 4 ayında 47,8 min nəfərə yaxın şəxsi əhatə edib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics” xəbər verir ki, bu ilin yanvar-aprel aylarında nazirlik tərəfindən 1 603 nəfər (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin  xətti ilə 1 547  nəfər və nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 56 nəfər) şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

 

Kurslarda vətəndaşlara kompüter istifadəçisi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, bərbər və s. peşələr öyrədilib. Kurslara cəlb edilənlərin 132 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub. Peşə hazırlığı və əlavə təhsil kurslarını başa vurduqdan sonra məzunlara peşə şəhadətnamələri verilib.

 

Qeyd olunan dövrdə Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərinə isə əsasən yuxarı sinif şagirdlərindən ibarət 46 161 nəfər gənc cəlb edilib. Bir sıra hallarda valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində gənclərin düzgün peşə və ixtisas seçiminin onların gələcəkdə əmək bazarına inteqrasiyasında mühüm amillərdən olduğu vurğulanıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ