Rezidenturaya qəbulun nəticələri açıqlanıb

rezidenturaya qebulun neticeleri aciqlanib

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, nəticələri DİM-in internet saytından və ya iş nömrəsini mobil telefonla 7727  nömrəsinə göndərməklə öyrənmək olar.

 

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 508 namizəddən 470 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 154 nəfərini oğlanlar, 316 nəfərini qızlar təşkil edir. 285 namizəd bu ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur.

 

Qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü sayını iyulun 17-dən etibarən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

 

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 18-dən 24-dək olan müddətdə müvafiq quruma təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

 

Qeyd edək ki, müsabiqənin nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM tərəfindən Apelyasiya Komissiyası yaradılıb.

 

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

 

Namizədlər Apelyasiya Komissiyasına 17-18 iyul 2017-ci il tarixlərində saat 10‑dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meleyke abbaszade agsuda vetendaslari qebul edib
    Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib
  • bakida sehadet senedli filminin teqdimati kecirilib
    Bakıda "Şəhadət" sənədli filminin təqdimatı keçirilib...
bakida sehadet senedli filminin teqdimati kecirilib bakida sehadet senedli filminin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ