İsa Həbibbəyli: "Peşəkar olmayan qurumun orfoqrafiya lüğəti hazırlaması düzgün deyil"

isa hebibbeyli pesekar olmayan qurumun orfoqrafiya lugeti hazirlamasi duzgun deyil

“Mətbuatdan oxuyuram ki, başqa qurumlar da “Orfoqrafiya lüğəti” hazırlamaq istiqamətində iş aparırlar. Tərcümə Mərkəzinin bu istiqamətdə iş apardığı haqqında da məlumatlar oxuyuram. Ədalət naminə deyim ki, bu işin məsuliyyəti də, elmi-tədqiqat baxımından borcu da Azərbaycan Milli Elmlər Akademiyasına aiddir. Akademiya digər qurumlarda hazırlanan “Orfoqrafiya lüğət”lərinin məsuliyyətini üzərinə götürmür”.

 

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Dilçilik İnstitutunda yeni “Orfoqrafiya lüğəti” üçün müəyyən olunmuş işçi qrupu yeni konsepsiya və prinsipləri hazırlayır:

 

“Biz işçi qaydasında bir dəfə bu məsələni müzakirə edib əlavə tapşırıqlar vermişik. Bu ilin ikinci yarısında “Orfoqrafiya lüğəti”nin konkret və praktik olaraq hazırlanmasına başlanılacaq. Bu iş tələsik aparılmamalıdır. Düşünürəm ki, orfoqrafiya qaydaları kimi məsuliyyətli işdə tələskənliyə yol vermək olmaz. Çünki bu lüğəti hazırlamaq üçün kifayət qədər sanballı, ixtisaslı mütəxəssislər olmalıdır. Akademiyada belə bir baza var və bu işlərlə indiyə qədər məşğul olub. Digər qurumların hazırlayacağı lüğətin yüksək səviyyədə olacağına əvvəlcədən tam inana bilmirəm. Bu işi görmək akademiyanın borcudur. “Orfoqrafiya lüğəti”ni 1938-ci ildən bu günə qədər Milli Elmlər Akademiyası hazırlayıb. Bu qədər mütəxəssislərin iş aparmasına baxmayaraq, lüğətdə nələrinsə çatmadığı, uyğun olmadığı barədə fikirlər səslənir. Necə ola bilir ki, bu qədər mütəxəssisləri olan kollektivin hazırladığı lüğətdə müəyyən qüsurlar axtara bilirik? Ümumiyyətlə, peşəkar olmayan bir qurumun lüğət hazırlamasını haqlı və düzgün hesab etmirəm. Mətbuatda oxumuşam ki, onlar tam sistemli orfoqrafiya lüğəti yox, işlək “Orfoqrafiya lüğəti” hazırlayırlar. Yəni mətbuat üçün işlək olan sözlərin məqbul olan ortaq variantını hazırlayıb mətbuatın işinə kömək etmək istəyirlər. Bu, mənim düşündüyüm və normativ qaydada olan “Orfoqrafiya lüğəti” deyil. Təkrar edirəm ki, fundamental lüğəti Milli Elmlər Akademiyası hazırlamağa başlayıb”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pakistanin bas qerargah reisi herbi tehsil muessiselerinde olub
    Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində ...
  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291