Kardiocərrah Kamran Musayev Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin toplantısında iştirak edib

Qazaxıstanda Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin 27-ci Beynəlxalq Konfransı keçirilib.

APA-nın xəbərinə görə, Astana şəhərində bir çox ölkələrin qabaqcıl mütəxəssislərinin iştirak etdiyi toplantıda ürək-damar cərrahiyyəsinin aktual problemləri müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Azərbaycanı mötəbər tədbirdə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev təmsil edib.

 

Konfransda "Aortal qapağın təmiri - Bakı təcrübəsi" (İsolated aortic valve repair- Baku experience) mövzusunda öz əməliyyatlarının nəticələrini təqdim edən Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən qapaq əməliyyatlarında əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Kamran Musayevin bu əməliyyatların standartlaşdırılması üçün irəli sürdüyü təkliflər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xüsusilə ABŞ, Rusiya, Çin, İsveçrə və Türkiyədən olan mütəxəssislər mühazirəni yüksək qiymətləndirərək ölkəmizdə dünya standartlarında həyata keçirilən ürək əməliyyatlarının səviyyəsindən məmnun olduqlarını bildiriblər.

 

Dünyanın qabaqcıl mərkəzlərində aparılan  "qapaqların təmir olunması əməliyyatlarının” Azərbaycanda belə uğurlu nəticələrlə tətbiq olunması  ölkəmizdəki ürək-damar cərrahiyyəsinin gəldiyi yüksək səviyyənin göstəricisi kimi qəbul edilib.

 

Kamran Musayev praktik fəaliyyətlərində daima dünya ürək cərrahiyyəsində əldə olunan nailiyyətləri tətbiq edə bilmək üçün bu kimi beynəlxalq konfranslarda iştirakın hər bir mütəxəssis üçün vacib olduğunu bildirib: “Dünya Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak etmək kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır. Dünyanın ən tanınmış kardioloq və kardiocərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizə həm təcrübə mübadiləsi, həm də ölkəmizdə ürək-damar cərrahiyyəsində əldə etdiyimiz nailiyyətlər barədə  əcnəbi kolleqalarımızı məlumatlandırmaq imkanı verdi.”

 

Konfrans zamanı Qazaxıstanın yerli televiziyasına müsahibə verən K.Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, ürək cərrahiyyəsində əldə edilən nailiyyətlər barədə geniş məlumat verib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bsu rektoru beynelxalq mukafata layiq gorulub
    BSU rektoru beynəlxalq mükafata layiq görülüb
  • allahsukur pasazade azerbaycan iraqin simalinda kecirilen referenduma qarsidir
    Allahşükür Paşazadə: “Azərbaycan İraqın şimalında keçirilən...
allahsukur pasazade azerbaycan iraqin simalinda kecirilen referenduma qarsidir allahsukur pasazade azerbaycan iraqin simalinda kecirilen referenduma qarsidir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ