Lənkəranda erkən nikahın fəsadları müzakirə olunub

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və UNİCEF-in təşkilatçılığı ilə erkən nikahlarla bağlı tədbir keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, yerli icra strukturları nümayəndələrinin, polis əməkdaşlarının, din xadimlərinin, səhiyyə və təhsil işçilərinin, ictimaiyyət fəallarının iştirak etdikləri tədbirdə çıxış edən AQUPDK-nin nümayəndəsi Pərviz Əliyev bildirib ki, erkən nikah hallarının azaldılması məqsədilə yerli səviyyədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi istiqamətində Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə Lənkəran və Masallı rayonları üzrə 9 kənddə maarifləndirmə tədbirləri həyata keçirib. Erkən nikahlar uşaqların təhsildən yayınmasına, yeni doğulan uşağın sağlamlığın təsir göstərir. Komitəyə müraciət edən problemli ailələrin əksəriyyəti elə erkən yaşda ailə quranlardır. Onların çoxlarının rəsmi nikaha daxil ola bilmədiklərindən sənəd işləri problem olur.

 

Komitə rəsmisinin sözlərinə görə, 2011-ci ildə Cinayət Məcəlləsində bu problemlə bağlı maddəyə dəyişiklik edilib və həmin maddəyə əsasən valideyn qızlarını erkən nikaha cəlb edərsə, bu artıq cinayət məsuliyyəti yaradır: “Həmin valideynləri isə 4 ilə qədər azadlıqdan məhrum etmə və ya 3000 manatdan 4000 manata kimi cərimə gözləyir. Valideynlərin çoxu bu maddə ilə bağlı xəbərsiz olduğundan öz əməllərini davam etdiriblər. Təəssüflər olsun ki, bu günə kimi də keç kəs nə məsuliyyətə cəlb edilib, nə də cərimələnib”.

 

Qeyd edilib ki, 2012-2013-cü illərdə Lənkəran və Masallının 9 yaşayış məntəqəsində keçirilən maarifləndirmə tədbirləri nəticəsində həmin kəndlərdə indiyədək erkən nikah halları qeydə alınmayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qonsu evlerin tikintisinde iki paralel ve qapali divardan istifade edilmesine icaze verilecek
    Qonşu evlərin tikintisində iki paralel və qapalı divardan is...
  • 174 bakida alma store un sayca ikinci magazasinin acilisi olub
    ® Bakıda “Alma Store”un sayca ikinci mağazasının açılış...
174 bakida alma store un sayca ikinci magazasinin acilisi olub 174 bakida alma store un sayca ikinci magazasinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.0087
 
RR
0.0296