Mark Herevard: “Azərbaycan regionda Əlilliyi olan Uşaqların Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən birinci ölkələrdəndir”

Bakı. Gülnar Bəşirova - APA. “Əlilliyi olan uşaqların həyatda qala bilməsi və inkişafı üçün başlıca zərurət onların erkən yaşlarda müvafiq xidmətlərdən istifadə imkanı, ailə qayğısı ilə böyüməsi və yerli məktəblərdə oxumasıdır”.

APA-nın məlumatına görə, bu sözləri UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Hereward  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı, UNICEF və Azərbaycanın Əlil Təşkilatları İttifaqı tərəfindən Beynəlxalq Əlillər Günündə təşkil olunan dəyirmi masada deyib.

 

O qeyd edib ki, UNİCEF-in əlilliyi olan uşaqlara həsr edilmiş 2013-cü il üzrə “Dünya uşaqlarının vəziyyəti” adlı hesabatında bildirilir ki, regionda yaşadığı təxmin olunan 5,1 milyon əlilliyi olan uşaqdan təxminən 3,6 milyonu təməl uşaq hüququ hesab edilən sosial reyestrlərdə qeydiyyatda deyil və nəticədə izləri itirilir və cəmiyyətlərindən təcrid olunurlar: “Qeydiyyatda olanlar isə çox vaxt dövlət müəssisələrində yaşamağa məhkum edilir, yaxud digər fundamental uşaq hüququ olan məktəblərə getmirlər. UNICEF bu məsələlərin aradan qaldırılması üçün təcili və sektorlararası siyasi tədbirlərin görülməli olduğuna inanır. Əlilliyi olan uşaqlar cəmiyyətin ən kövrək nümayəndələridir. Regionda müsbət qlobal təcrübələr və uşaqların rifahı naminə mühüm islahatlar keçirilsə də, biz artıq əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya prosesini sürətləndirməliyik”.

 

M. Herewerd onu da əlavə edib ki, 2013-cü ilin fevral ayından etibarən 128 dünya ölkəsi və o cümlədən Avropa Birliyi sözügedən Konvensiyanı imzalayıb: “Bu regionda isə 15 dövlət Konvensiyanı ratifikasiya edib. Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan imzalasa da ratifikasiya etməyib, Belarusla Tacikistan isə ümumiyyətlə, imzalamayıb. Azərbaycan regionda Əlilliyi olan Uşaqların Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən birinci ölkələrdəndir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kiyevde qarsidurmalar zamani iki polis emekdasi xesaret alib
    Kiyevdə qarşıdurmalar zamanı iki polis əməkdaşı xəsarət alıb...
  • turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2
    Türkiyədə törədilən partlayış nəticəsində yaralananların say...
turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 18 Oktyabr, 2017

USD
1.7003
 
EUR
2.0028
 
RR
0.0297