Nazirlik 61 mindən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

nazirlik 61 minden cox sexsi pese hazirligi ve elave tehsil kurslarina celb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-iyun aylarında  61 230 nəfər şəxsi peşə hazırlığı, əlavə təhsil kurslarına və  peşəyönümü tədbirlərinə cəlb edib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və rəqabət qabiliyyətinə malik olması üçün görülən işlərin davamı olaraq, son 6 ayda nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2 286 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslarda ənənəvi və modul tədris üsulları əsasında kompüter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, elektrik montyoru, xalçaçılıq, mebel quraşdırıcısı, qənnadçı, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr öyrədilib.

 

Qeyd olunan dövrdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər yeni peşələrə yiyələnməklə bərabər, burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

 

Cari ilin birinci yarısında gənclərin əmək bazarının tələbləri əsasında  düzgün peşə və ixtisas seçiminə köməklik göstərilməsi üçün əsasən orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri də davam etdirilib. Bu tədbirlərə ümumilikdə 58 824 nəfər gənc cəlb olunub. Onlara əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri haqqında ətraflı məlumatlar, peşəyönümü məsləhətləri verilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meleyke abbaszade agsuda vetendaslari qebul edib
    Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib
  • bakida sehadet senedli filminin teqdimati kecirilib
    Bakıda "Şəhadət" sənədli filminin təqdimatı keçirilib...
bakida sehadet senedli filminin teqdimati kecirilib bakida sehadet senedli filminin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ