Orta ixtisas təhsili müəssisələrinə fənn üzrə yaradılan qrupda tələbələrin sayını müəyyənləşdirmək hüququ verilib
Orta ixtisas təhsili müəssisələrində bir müəllimi seçən tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından (mühazirə, məşğələ, laboratoriya və s.) asılı olaraq orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdiriləcək.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb.
Qüvvədə olan Qaydaya əsasən isə indiyə qədər bir müəllimi seçən tələbələrin sayı 30 nəfərdən çox olarsa, orta ixtisas təhsili müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edib və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edib. Bu halda da tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydə alınma ardıcıllığına görə müəyyənləşdirilib.
Qaydaya görə tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir. Dəyişikliyə əsasən sərbəst işin müəyyənləşdirilməsi proseduru dəyişib. Başqa sözlə, indiyə qədər əyani təhsilalma forması üzrə bütün növ dərslərin 1 akademik saatına 1 saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilib. Sərbəst işlərin ümumi həcmindən ən azı 40 faizi dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməli idi. Dəyişikliyə əsasən artıq bu meyarlar ləğv edilib. İndiyə qədər müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, kurs işlərinin (layihələrinin), yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilib və dərs cədvəlinə daxil edilməyib. Bundan sonra isə tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyənləşdiriləcək.
Qüvvədə olan Qaydada orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”na uyğun olaraq tənzimlənməsi nəzərdə tutulub. Bundan sonra orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından asılı olaraq, orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən ediləcək.
Yay semestrində tələbənin götürə biləcəyi kreditlərin say həddi də artırılıb. İndiyə qədər yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalı idisə, bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.
BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR
20.04.2018
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb20.04.2018
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 aprel20.04.2018
Gömrük Komitəsi və Vergilər Nazirliyi bir sıra idxal-ixrac əməliyyatlarına birgə nəzarət edəcək20.04.2018
İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək20.04.2018
Təhsil Nazirliyində Gürcüstanın təhsil və elm naziri ilə görüş keçirilib20.04.2018
Azərbaycanın Ümumdünya Sağlamlıq Turizmi Təşkilatına rəhbər seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib20.04.2018
Prokuror Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə cəza istəyib20.04.2018
AXC-nin qəbul etdiyi hüquqi aktlarla bağlı kitab çap olunub20.04.2018
Pekin Xarici Dillər Universitetinin rektoru BDU-da olub20.04.2018
Rezidenturada həkim hazırlığı aparan təhsil müəssisələrinin siyahısı təsdiqlənib20.04.2018
Bakıda "Formula-1"lə bağlı iki xəstəxana ayrılıb20.04.2018
Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın hesabatı dinlənilib20.04.2018
ETSN Şamaxıda bələdiyyə sədrini 4000 manat cərimələyib20.04.2018
Səbail RİH: Bayıl sürüşmə zonasında ziyan çəkmiş 6 evə görə müəyyən olunmuş vəsait sakinlərə verilib20.04.2018
Beyləqanda dini ekstremizmlə mübarizə mövzusunda seminar-müşavirə keçirilib20.04.2018
Gürcüstanın təhsil naziri BDU-da olub20.04.2018
Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib20.04.2018
Rayonlarda qar, leysan yağacaq, dolu düşəcək20.04.2018
Bakıda erməni saxtakarlıqlarının ifşası mövzusunda konfrans keçirilib20.04.2018
Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş olub20.04.2018
Ötən il Travmatologiya və Ortopediya İnstitutuna avtoqəza ilə bağlı 960 nəfər aparılıb20.04.2018
ETSN: Bakıda toz-dumanın miqdarı sanitar norma daxilindədir20.04.2018
Zaqatala sakini bıçaqlanıb19.04.2018
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku - 19 aprel19.04.2018
Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradıla bilər19.04.2018
Səfir: “Əsas məqsədimiz odur ki, Bakının hər yerində "İmagine" sözü səslənəndə ilk ağıla gələn bu festival olsun”19.04.2018
Azərbaycanda Tibbi-genetik laboratoriyanın yaradılması təklif edilir19.04.2018
AzMİU Türkiyənin Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək19.04.2018
MTK-larda qanunsuz kommunal normativlərə qarşı yoxlamaların aparılması təklif olunur19.04.2018
Ombudsman: "Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil"19.04.2018
Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir19.04.2018
Elmira Süleymanova: “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”19.04.2018
Azərbaycan ədliyyəsinin 100 illiyi ilə bağlı medal təsis olunur19.04.2018
Ombudsman: "Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var"19.04.2018
Deputat: “Prezidentin fərmanı göstərdi ki, dövlətimiz bundan sonra da vətəndaşının yanında olacaq"19.04.2018
Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı azalmağa başlayıb - YENİLƏNİB19.04.2018
DİM Azərbaycan dili fənnindən imtahan keçirəcək19.04.2018
Gürcüstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı genişləndirəcək19.04.2018
Ötən il Azərbaycanda 37 618 abort icra edilib19.04.2018
Baş mama-ginekoloq hamilə qadınlar arasında hansı xəstəliklərə rast gəlindiyindən danışıb12.01.2018
Millət vəkili seçicilərini qəbul edib12.01.2018
Yeni lüğətdə əsgərin əskər, işgəncənin işkəncə kimi yazılması təklif olunur12.01.2018
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək12.01.2018
Orta ixtisas təhsili müəssisələrində tələbənin biliyinin qiymətləndirilməsi proseduru dəyişib11.01.2018
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku –11 yanvar11.01.2018
Şamaxı və İsmayıllıda yollar buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb




