Bakıda “Öyrənməyi öyrənmək” adlı II Beynəlxalq Təlim Konfransı keçiriləcək

bakida oyrenmeyi oyrenmek adli ii beynelxalq telim konfransi kecirilecek

Bakıda 16-17 noyabrda Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə “Öyrənməyi öyrənmək” adlı II Beynəlxalq Təlim Konfransı keçiriləcək.

 

TEAS-dan APA-ya verilən məlumata görə, Avropa Azərbaycan Məktəbinin (EAS) Badamdarda yerləşən tədris binasında təlimin keyfiyyətinin yüksəldilməsi platforması çərçivəsində keçiriləcək konfrans müddətində iştirakçılar bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin mahiyyətinə dair biliklərini inkişaf etdirəcəklər. Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş verməsi, müəllimlərin məntiqli düşünmək bacarığını necə təşviq etmələri və şagirdlərin təlim nəticələrinin inkişafında beynin məlumatı necə emal etməsinin rolu təhlil olunacaq.

 

Konfransda 3 tanınmış beynəlxalq məruzəçi – Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobi iştirak edəcək. Əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil mütəxəssisləri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçirəcəklər.

 

Konfransda beynəlxalq səviyyəli qabaqcıl təhsil mütəxəssislərinin peşəkar təlim və inkişafa dair fikir mübadiləsindən əlavə, Azərbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də imkan yaranacaq. Konfransda iştirak etmək arzusunda olan təhsil işçiləri www.azteachers.az saytında konfrans keçidinə daxil olub qeydiyyatdan keçə bilərlər.

 

Konfransdan sonra, noyabrın 18-də “Master klass” seminarları baş tutacaq.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin qeyri neft ixraci 1 2 mln dollari otub
    Azərbaycanın qeyri-neft ixracı 1,2 mln. dolları ötüb
  • goycayda reyd zamani 140 surucu cerimelenib
    Göyçayda reyd zamanı 140 sürücü cərimələnib
goycayda reyd zamani 140 surucu cerimelenib goycayda reyd zamani 140 surucu cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287