Peşə məktəblərinə şagird qəbulunu Asan Xidmət Mərkəzləri həyata keçirəcək

pese mekteblerine sagird qebulunu asan xidmet merkezleri heyata kecirecek

“Bu il Azərbaycanda peşə təhsili sahəsində şəffaflığın təmin edilməsi məqsədilə “Asan peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinə şagird qəbulunu Asan Xidmət Mərkəzləri həyata keçirib. Yeni tədris ilindən qəbulun Asan Xidmət Mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur”.

 

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi texniki yardım layihəsinin açılış konfransında bildirib. O deyib ki, Mənzil İnşaat Dövlət Agentliyi ilə əməkdaşlığa əsasən bu ildən Tikinti və quraşdırma üzrə Dövlət Peşə Təhsili Mərkəzinin şagirdləri iş yerində istehsalat təcrübələrinə cəlb edilib. Növbəti tədris ilindən “Gilan holding”lə qarşılıqlı əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.

 

Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət göstərdiyi müddətdə peşə təhsili ilə bağlı həyata keçirilən layihələrə gəlincə, nazir qeyd edib ki, qısa müddətdə peşə ixtisas təhsili müəssisələrinin əksəriyyətində monitorinqlər aparılıb. Onun sözlərinə görə, nəticədə 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzlərində yerləşdirilib: “Bu günlərdə Nazirlər Kabinetinin qərarı olaraq, Qəbələdə iki təhsil müəssisəsinin əsasında müvafiq peşə təhsil mərkəzi yaradılıb. Tezliklə Qəbələ və Gəncədə yeni peşə təhsili müəssisələrinin inzibati binaları istifadəyə veriləcək.İlin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • berlinde xocali soyqiriminin 26 ci ildonumu ile elaqedar simpozium kecirilib
    Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sim...
  • gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib
    Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixa...
gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301