Prezident: “Bütün qurumlara və iş adamlarına dərs olacaq ki, ağacı kəsirsənsə, cəzan cərimə ilə bitməyəcək”

prezident butun qurumlara ve is adamlarina ders olacaq ki agaci kesirsense cezan cerime ile bitmeyecek

“Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb”.

 

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşü zamanı deyib.

 

O bildirib ki, yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir. “Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi var və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada zelzelede olenlerin sayi 149 neferi kecib yenilenib 3
    Meksikada zəlzələdə ölənlərin sayı 149 nəfəri keçib - YENİL...
  • socar yeralti anbarlardaki qazin hecmini aciqlayib
    SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb
socar yeralti anbarlardaki qazin hecmini aciqlayib socar yeralti anbarlardaki qazin hecmini aciqlayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ