Qazaxda oğruluq edən iki nəfər saxlanılıb - FOTO

Qazax rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində mağazalardan oğurluq edən qrupu ifşa edib .

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Qazax rayon Kosalar kənd sakini Əmrahov Ceyhun Xanlar oğlu ərizə ilə polis şöbəsinə müraciət edərək Qazax şəhəri Şamo Çobanov küçəsində kompüter satışı mağazasının qapısının qırılaraq oradan oğurluq edilməsi barədə məlumat verib.

 

Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfərdən ibarət qrup saxlanılıb . Bunlar Qazax şəhər sakinləri 25 yaşlı Abdalov Sənan Möhlət oğlu və Quliyev Orxan İlqar oğlu olub. Məlum olub ki, onlar mağazadan iki ədəd notebook aparıblar. Saxlanılanlardan S. Abdalov bildirib ki, peşəsi dülgərdir, oğurluğa səbəb işinin olmamasıdır. Araşdırma zamanı məlum olub ki, qrup üzvləri ötən ilin dekabrında Qazax şəhəri Əliağa Şıxlınski küçəsində “Cinar “ elektron mallar mağazadan 3 ədəd 108 dioqnallı plazma televizor da oğurlayıblar .

 

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ