Qızmar hava davam edəcək - XƏBƏRDARLIQ

qizmar hava davam edecek xeberdarliq

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

 

Şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu  təşkil edəcək.

 

Nisbi rütubət  gecə 55-65%,  gündüz  35-45 % olacaq. 

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib
    Cənubi Qafqaz Boru Kəmərinə bu il 657 mln. dollar xərclənib...
  • rusiyali nazir xezer meselesine dair yanasmalarimizi uygunlasdiririq
    Rusiyalı nazir: "Xəzər məsələsinə dair yanaşmalarımızı uyğun...
rusiyali nazir xezer meselesine dair yanasmalarimizi uygunlasdiririq rusiyali nazir xezer meselesine dair yanasmalarimizi uygunlasdiririq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287