Rezidenturaya qəbul olmaq istəyənlər üçün ödənişli sınaq imtahanı keçiriləcək

rezidenturaya qebul olmaq isteyenler ucun odenisli sinaq imtahani kecirilecek

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə  qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı)  üzrə sınaq imtahanı keçiriləcək.

 

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 19 yanvar saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

 

Sınaq imtahanı 19 yanvar 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

 

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır.

 

Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva saglamliq imkanlari mehdud usaqlarla gorusub
    Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb...
  • qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib
    Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445-i xəs...
qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279