Şamaxı və İsmayıllıda yollar buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb

Yanvarın 10-da günorta saatlarından Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı yolunun dağlıq ərazidən keçən və gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb. Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də, Şamaxı və İsmayıllının dağlıq ərazidəki kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib. 

 

Şamaxının Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb.

 

Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib, yollar qardan təmizlənib. Buna baxmayaraq axşam saatlarından havanın yenidən şaxtalı olacağı, yolların buz bağlayacağı bildirilir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:06 22 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fizuli rayonunda 10 otaqli ev yanib
    Fizuli rayonunda 10 otaqlı ev yanıb
  • gomrukculer ucun qis mektebi teqaud proqrami uzre novbeti telim baslayib
    Gömrükçülər üçün "Qış məktəbi" təqaüd proqramı üzrə növbəti ...
gomrukculer ucun qis mektebi teqaud proqrami uzre novbeti telim baslayib gomrukculer ucun qis mektebi teqaud proqrami uzre novbeti telim baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.078
 
RR
0.03