TQDK: Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzinin açıqlaması qeyri-peşəkar fikirlərdir

tqdk baki seheri uzre tehsil idaresinin mudir evezinin aciqlamasi qeyri pesekar fikirlerdir
Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramovun komissiyanın ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, bu il ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının yekun statistik təhlili hələ ki aparılmayıb. Onun sözlərinə görə, bu araşdırmaların hamısının Təhsil Nazirliyi ilə birgə aparılması nəzərdə tutulur: “Biz təəssüf edirik ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzinin açıqlaması ümumi işlərə zərər verən və qeyri-peşəkar fikirlərdir. Hiss olunur ki, hörmətli Məhəmməd Bayramov biliyin qiymətləndirilməsi sahəsi üzrə o qədər də məlumatlı adam deyil. Amma bundan fərqi olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyində təmsil olunan şəxslər və əməkdaşları biliyin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən, dünyanın ən aparıcı təşkilatlarının üzvləridir. Komissiyanın sədri Məleykə Abbaszadə biliyin qiymətləndirilməsi üzrə Şərqi Avropada seçilmiş iki mütəxəssisdən biridir. Məhəmməd Bayramovun hər hansı bir araşdırma aparmadan bu fikirləri bildirməsi və onların hansı araşdırmalara əsaslanması məlum deyil”.

 

E. Nağızadə M. Bayramovun orta məktəblərdə davamiyyətin pozulmasının birinci səbəbinin qəbul imtahanlarının ağır olması və bunun şagirdləri məktəbdən uzaqlaşdırması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Əgər o, təhsil təşkilatçısı kimi təhsildə problemlərin olması ilə bağlı fikirlər səsləndirirsə belə çıxır ki, bu təşkilatçıların özlərində müəyyən problemlər var və bunun nəticəsində də məktəbdən yayınma halları baş verir. Bunun səbəblərini başqa yerdə axtarmağa çalışsınlar”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pakistanin bas qerargah reisi herbi tehsil muessiselerinde olub
    Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində ...
  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291